Əyyami-Fatimiyyə günləri yaxınlaşır

Əyyami-Fatimiyyə günləri yaxınlaşır
22:12 12 Fevral 2017
246 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq "Əyyami-Fatimə (s.ə)" günlərini yaxınlaşmaqdadır. "Əyyami-Fatimə (s.ə.)" günləri - Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 10-cu ilin səfər ayının 28-dən 75 gün sonra, yəni 13 Cəmadiul-əvvəl günüdür (bu il üçün fevral ayının 11-i). Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni 3 cəmadius-sani günüdür (bu il üçün mart ayının 2-si). Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü "Əyyami-Fatimiyyə (s.ə.)" adlandırıblar.

Dünyanın bütün yerlərində Peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs Xanımın (s.ə.) məşəqqət dolu həyatını kədərlə yada salır, o Həzrətin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə indinin özündə də narahatlıq keçirirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR