Həzrət Davudun (ə) behiştdəki yoldaşının macərası

Həzrət Davudun (ə) behiştdəki yoldaşının macərası
22:47 12 Fevral 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur". ("Ənam" 71).

O kəslər ki, riza və təslim əhlidirlər, həyatlarını Allahın xidmətinə həsr ediblər. Davamlı olaraq həyatlarından razıdırlar və hər bir halda Onun sonsuz nemətlərinə şükür edirlər. Səbir edərək çətinliklərə qalib gəlirlər.
Allah Həzrət Davuda (ə) vəhy edir ki, Ovusun qızı Xəladəyə behişt müjdəsi versin. Onu agah etsin ki, behiştdə Davudla (ə) yoldaş olacaqdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Davud (ə) da onun evinə gəlir və Xəladə qapını açır. Davudu (ə) görən kimi tanıyır və deyir: "Mənimlə bağlı bir şey nazil olmuşdur ki, bura gəlmisiniz?".
Davud (ə) deyir: "Bəli, sən behiştdə mənim yoldaşımsan".
Xəladə deyir: "Ola bilsin ki, mənimlə eyni adda olan başqa biri olsun. Onun haqqında nazil olmuşdur".
Davud (ə) deyir: "Xeyr. Sənin barəndə nazil olmuşdur. Öz halından bir qədər mənə danış".
Deyir: "Mənə çatan hər bir ziyana görə səbir edirəm və Allahın rizasına təsliməm. Heç bir şeyin qayıtmağını istməmişəm, ancaq Onun razılığını istəmişəm. Heç bir şeyin qarşılığında əvəz istəməmişəm və Ona şakir olmuşam".
Davud (ə) deyir: "Buna görə bu məqama çatmısan ki, sənin barəndə vəhy nazil olubdur".
İmam Sadiq (ə) bu hədisi nəql etdikdən sonra buyurur: "Bu, həmin dindir ki, Allah onu saleh bəndələri üçün bəyənmişdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR