Qadın və kişilərin öpüş haqda düşüncəsi

Qadın və kişilərin öpüş haqda düşüncəsi
22:57 12 Fevral 2017
600 Ölkə
Ölkə mətbuatı
A- A+

Öpüşlə bağlı aparılan araşdırma zamanı iştirakçıların öpəcəkləri adamı əvvəl o qədər də qəşəng hesab etmədikləri, ancaq öpüşdən sonra onu cazibədar hesab etməyə başladıqları müəyyən olunub.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, iki insanı bir-birinə bağlayan fərqli amillər olsa da, ilk öpüş əvəzedilməzdir.

Qadınlar üçün öpüşün əhəmiyyəti nədir?

Kişilər ayrılarkən cinsi həzz almaq üçün, qadınlar isə münasibətlərinin necə irəlilədiyini, gerçəkliyini və dəyərini anlamaq üçün öpüşürlər.

Kişilərin hansı öpüşlərdən xoşları gəlir?

Qadınlar, kişilərdən fərqli olaraq öpüş olmadan sevişmək belə istəmir və sevişməyi rədd edirlər. Ən qəribəsi isə kişilərin öpüşsüz seksə üstünlük vermələridir. Qadınlardan fərqli olaraq kişilər öpüşü yaxşı bacarmayan birilə də sevişə biləcəklərini ifadə ediblər. Kişilərin dildən istifadə edərək və dodaqları aralayaraq öpüşə başlamaqdan xoşları gəlir. Araşdırmaçılar bunu, kişilərin tüpürcəyində cinsi istəyi artıran testesteron hormonunun olmasıyla əlaqələndirirlər.

Ön sevişmə qadınlar üçün niyə əhəmiyyətlidir?

Cinsi həyat sağlam insan davranışının təbii parçasıdır, ancaq qadın və kişinin həm fiziki, həm ruhi baxımdan fərqli davrandığı bir sahədir. Kişilər qadınlardan fərqli olaraq, daha tez razı qalırlar. Ancaq  qadınlar razı qalmaq üçün ön sevişmə deyilən duyğusal davranışlara ehtiyac duyar.

Buna görə öpüşmə cinsi yaşamın sağlamlığı üçün əvəzedilməzdir. Öpüşmək sadəcə dodaqların birləşməsi deyil, həm də duyğusal və erotik dərinliyi artırır. Öpüşmə və sığal ilə hər iki tərəf sevib-sevilməyi bir-birindən yenidən öyrənmiş olurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR