Əfsanəvi Qayde Rizayeva da ermənilərin Bakıya gəlişini dəstəklədi

Əfsanəvi Qayde Rizayeva da ermənilərin Bakıya gəlişini dəstəklədi
23:05 12 Fevral 2017
225 Dünya
Ölkə mətbuatı
A- A+

Qayde Rizayeva Ukrayna fəalı, "Maydan"ın iştirakçısı, hüquq müdafiəçisi və Ukrayna ordusu və mühacirlər üçün iki dəfə separatçıların əsarətində olmuş könüllüdür. O yeganə Krım tatarıdır ki, "Ukraynaya eşq olsun!" deyə qışqırırdı. O, müharibənin nə olduğunu, döyüşlərin qızğın yerində nələrin baş verdiyini, insanların nə cür əzab və qorxu hissi keçirdiklərini kitab və filmlərdən öyrənməyib, onları öz gözləri ilə görib, şəxsi təcrübəsində sınaqdan keçirib.

Ona görə də "Ermənistan və Azərbaycan arasında Sülh Platforması" haqqında onun fikri xüsusilə əhəmiyyətli və qiymətlidir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Q.Rizayeva haqqin.az və virtualaz.org saytlarının xüsusi müxbiri Vahan Martirosyana verdiyi müsahibəsində bildirib ki, "Sülh Platforması"nın yaradılmasından xəbəri var: "Mətbuatda onun prinsipləri haqqında oxumuşam. Bu pozitiv təşəbbüs haqqında Ukraynada indi tanış ermənilər və azərbaycanlılar da çox danışırlar. Hamı onda barışığa bir ümid görür. Mən də həmçinin, çox ümid edirəm ki, bu xeyirxah iş mənə yaxın olan iki xalqın qarşılıqlı anlaşmasının başlanğıcına imkan yaradacaq. 90-cı illərdən başlayaraq bu günə qədər erməni və Azərbaycan xalqlarına yalnız qəzəb, düşmənçilik və qisas hissi aşılayan bu lənətlənmiş müharibəni hansısa güclər əsaslı şəkildə manipulyasiya edirlər.

Bu platformanın ən əhəmiyyətli məsələlərindən biri, mənim fikrimcə, münaqişənin gizli mənbə və səbəblərinin maksimal işıqlandırılması, həmçinin hər iki millətin insanlarına, onun hərbi yolla həllinin nə qədər məqsədəuyğun olmadığının ağıllı və sübutedici izah edilməsi olmalıdır. Hərbi yol qurbanlardan və bir-birinə nifrətinin artmasından başqa heç nə gətirməyəcək".

Maraqlıdır, onu Bakıya gəlməyə və Sülh forumunda iştirak etməyə dəvət etsələr, nə cavab verər?

Q.Rizayeva bildirib ki, Bakıya gəlmək və imkan daxilində iki xalqa nəyləsə kömək etmək onun ən böyük arzularından biridir: "Mən Bakını, Xəzər dənizini çox sevirəm. Ora ailəlikcə tez-tez gedərdik. Orada mənim doğmalarım və dostlarım yaşayırlar. Amma unutmaq olmaz ki, artıq iki dəfə "Luqansk Xalq Respublikası"nda əsarətdə olmaqla və Ukraynanı Rusiya təcavüzündən hər cür müdafiə etməklə mən Rusiya üçün ən qəddar düşmənəm. Qorxuram ki, Azərbaycanın ərazisində Rusiya hakimiyyətinin tərəfdarları tapılacaqlar...

Hər halda, mən öz təhlükəsizliyim haqda düşünməliyəm - Rusiya həbsxanasına düşsəm, artıq oradan çıxa bilmərəm.

Hərçənd istisna olunmur ki, Azərbaycanda olacağım müddətdə toxunulmazlığıma zəmanət verilərsə, Ukrayna Xarici İşlər Nazirliyini və Ukrayna Təhlükəsizlik Xidmətini xəbərdar etməklə elə bir təklifi qəbul edərəm. "Maydan"ı keçmiş insan, ATO, hərbi əsirlərin azad olunması üzrə "Vətənpərvər" qrupunun könüllüsü, nəhayət, "Sülhyaradanlar" qrupunun agenti kimi mənim başqa xalqların münaqişələrinə kənardan sakitcə baxıb, reaksiya verməmək haqqım yoxdur. Başqa millətə hörmət etməyən insan, öz millətini də səmimiyyətlə sevə və ona hörmət edə bilmiəz. Mən buna əminəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR