Quru öskürəyi necə sağaldaq?

Quru öskürəyi necə sağaldaq?
23:17 12 Fevral 2017
402 Ölkə
Ölkə mətbuatı
A- A+

Ciyərlərin zərər görməsinə səbəb olan bu vəziyyətә laqeyid yanaşmaq olmaz və əvvəlcə bir həkimə getmәk lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq, təbii və sadə ev müalicələri də bu problemi yüngülləşdirə, hətta keçirə bilər.

İndi isə gəlin bu üsullarla tanış olaq:
 
Qıcıqlanmaya qarşı
 
-2 ədəd şəkəri ağzınıza qoyun və ağzınızda əridin. Qısa müddətdə qıcıqlanmağınızın keçməsinə köməkçi olacaq.
-Bir miqdar kəklikotu çayını balla qarışdırıb isti-isti için. Ballı kəklikotu çayı boğazınızı yumşaldaraq qıcıqlanmanın qısa müddətdə keçməsini təmin edəcək.
-Alma sirkəsi ilə qarqara edərək bu problemdən qısa müddətdə xilas ola bilərsiniz.
Quru öskürəyә qarşı
-Bir ədəd turpu rəndələyib suyunu sıxın. Turp suyu ilə həqiqi balı qarışdırın və için. Bir müddət sonra quru öskürəyin kəsilməsini təmin edəcək.
-İsti suyun içərisinə bir çay qaşığı toz darçın və istiot qatıb dəmləyin. Bunu içdikdə quru öskürəyiniz kəsiləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR