Səhvən endirilən hava zərbəsi nəticəsində 18 dinc sakin öldü

Səhvən endirilən hava zərbəsi nəticəsində 18 dinc sakin öldü
23:19 12 Fevral 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Gilmənd əyalətində beynəlxalq qüvvələrin endirdiyi hava zərbəsi nəticəsində 18 dinc sakin ölüb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasından  (MOONSA) məlumat verilib.

 

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq qüvvələrə məxsus təyyarələr endirib. İnsidentin fevralın 9-a Gilmənd əyalətinin Sanqin rayonunda baş verdiyi bildirilir. “Aviazərbənin hədəfi hökumətə qarşı qüvvələr olsa da, nəticədə qadınlar və uşaqlar daxil olmaqla, 18 dinc sakin həlak olub”, MOONSA-nın məlumatında deyilir.

 

Məlumatda həmçinin bildirilir ki, fevralın 11-də Gilmənd əyalətində törədilən terror aktı nəticəsində azı 7 dinc sakin ölüb, bir çoxu isə yaralanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR