“Müstəzəf” sözü kimlərə aiddir?

“Müstəzəf” sözü kimlərə aiddir?
23:22 12 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini mətnlərdə rast gəlinən "müstəzəf" sözü kimlərə aiddir?

Ərəb dilindən tərcümədə "müstəzəf" zəifləmiş mənasını verir. Dini anlamda bu ad elə insanlara aid edilir ki, onlar hər hansı üzürlü səbəb üzündən haqqı tam anlamağa qadir deyillər. Məsələn, onların əqli səviyyəsi buna imkan vermir, yaxud dünyagörüşləri həddən artıq dardır. İslam.az-ın məlumatına görə, yaşadıqları coğrafi, sosial, siyasi mühit üzündən haqqla tanışlıq əldə edə bilməyən şəxslər də müstəzəf adlanır. Məsələn, İslam haqqında düzgün təsəvvür əldə etməyə gücü çatmayan, bunun üçün informatik vasitəsi olmayan şəxslər də bura aiddir. Müstəzəflər anlamadıqları və əlləri çatmayan məsələlərdə məsuliyyətdən azaddırlar və qiyamət günündə buna görə cavab verməyəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR