Bakı-Quba yolunda 4 maşın yoldan çıxdı: yaralılar var

Bakı-Quba yolunda 4 maşın yoldan çıxdı: yaralılar var
23:22 12 Fevral 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yoluna yağan qar səbəbindən yolun Siyəzən rayonu Yenikənd kəndi ərazisinin həddən artıq sürüşkən olması gecə saatlarında bir neçə avtomobilin yoldan çıxmasına səbəb olub.

Milli.Az "Report"a istinadən bildirir ki, salonunda Şabran rayonunun 5 sakininin olduğu, Məcidov Elçin Vasif oğluna məxsus "Mercedes" markalı, "90-CV-156" dövlət seriyalı avtomobil yoldan çıxaraq əzilib.
Hadisə zamanı Şabran rayon sakini, 1953-cü il təvəllüdlü, Dəmirova Xalidə Mustafa qızı ağır xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanaına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə xəstəyə döş qəfəsinin küt travması, 7, 8-ci qabırğanın sınığı, onurğanın 11, 12-ci döş qəfəsinin sınığı diaqnozu qoyulub. Yaralı cərrahiyə şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin dediyinə görə, onlar həmçinin daha 3 avtomobilin yoldan çıxmasının şahidi olublar. Qeyd etdiyimiz kimi, buna səbəb yolun həddən artıq sürüşkən olmasıdır.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR