Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Lənkəran şəhərində hərbi sursat aşkar olunub.
Dəniz kənarında 1 ədəd tank əleyhinə təlim minası (TM-62 P3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb (Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları).
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 12 fevral 2017-ci il
tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz,
Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər
şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin
yaxınlığına, 14 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol
kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə,
yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 521 ədəd
partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd
piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 91 060 kv.m
ərazi (56 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki
üsulla) yoxlanılıb.