“Ukraynanın səsi” yarışmasında azərbaycanlı çilingər iştirak edib

“Ukraynanın səsi” yarışmasında azərbaycanlı çilingər iştirak edib
23:47 12 Fevral 2017
288 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.
"Report" xəbər verir ki, Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.
O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır. 

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/ukraynanin-sesi-yarismasinda-azerbaycanli-cilinger-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR