Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral
00:08 13 Fevral 2017
453 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın.

Buğa - aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.

Əkizlər - günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil. Ciddi maliyyə itkiləri təhlükəsi var.

Xərçəng - işdə yarana biləcək problemləri təmkinlə, soyuqqanlıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli və diplomatik davranın, sərt mübahisələrə başlamayın.

Şir - pozitiv təmayüllər güclənəcək, işlər düzələcək. Bir vaxt yardım etdiyiniz insan sizə kömək edəcək. İşgüzar münasibətlərlə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər olacaq.

Qız - uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə nail ola bilərsiniz.

Tərəzi - hüquqi məsələlərin həlli, dövlət qurumlarının mənsubları ilə ünsiyyət üçün pis gün deyil. Yeni işgüzar perspektivlər yaranır.

Əqrəb - səfər və ezamiyyət üçün düşərli gündür. Uzaqdan gəlmiş insanla ünsiyyət, yeni plan və ya birgə fəaliyyət məcrasının nəzərdən keçirilməsi mümkündür.

Oxatan - Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin. Evdə təmir planlaşdırıbsınızsa, zəruri materialları, boya və s.-ni almağa tələsin. Qarşıdan yay gəlir, qiymətlər qalxacaq.

Oğlaq - danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın.

Dolça - nüfuzlu insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı var. Təcrübə mübadiləsi, başqalarının ideyalarının müzakirəsi, konfrans və seminarda iştirak üçün yararlı gündür.

Balıqlar - yeni nə isə öyrənmək imkanını əldən verməyin, dünyagörüşünüzü artırın. Yeni maraqlar peyda ola bilər. Axşam saatlarında əylənin. Alış-verişdə bədxərclik etməyin.

milli.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/187533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR