Azərbaycan rus turistlərin üz tutduğu ölkələrin ilk onluğunda

Azərbaycan rus turistlərin üz tutduğu ölkələrin ilk onluğunda
00:58 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"TurStat" agentliyi Rusiya turistləri üçün 2016-cı ildə ən populyar xarici ölkələrin adlarını açıqlayıb.

Publika.az Azərtac-a istinadən bildirir ki, 2016-cı ildə Azərbaycan rusiyalı turistlər arasında populyarlığına görə ilk onluğa düşüb. Belə ki, ötən il Rusiyadan ölkəmizə 740 min turist gəlib. Azərbaycana gələn xaricilər arasında rusiyalı turistlər birinci yeri tutur.

"TurStat"ın araşdırmasına görə, Tunis, Mərakeş, Kipr, Kuba və Vyetnam 2016-cı ildə Rusiyadan gediş turizminin ən yüksək artım tempini göstərib. Moskva, Sankt-Peterburq və Soçi turistlərin ən çox üz tutduqları şəhərlər hesab edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR