Daha bir SƏHV: Bu dəfə dinc sakinlər bombalandı

Daha bir SƏHV: Bu dəfə dinc sakinlər bombalandı
02:23 13 Fevral 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Gilmənd əyalətində beynəlxalq qüvvələrin endirdiyi hava zərbəsi nəticəsində 18 dinc sakin ölüb.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasından (MOONSA) məlumat verilib.

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq qüvvələrə məxsus təyyarələr endirib. İnsidentin fevralın 9-a Gilmənd əyalətinin Sanqin rayonunda baş verdiyi bildirilir: “Aviazərbənin hədəfi hökumətə qarşı qüvvələr olsa da, nəticədə qadınlar və uşaqlar daxil olmaqla, 18 dinc sakin həlak olub”.

Məlumatda həmçinin bildirilir ki, fevralın 11-də Gilmənd əyalətində törədilən terror aktı nəticəsində azı 7 dinc sakin ölüb, bir çoxu isə yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR