Türkiyə Super Liqasında 20-ci tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyununda lider “Beşiktaş” səfərdə “Karabükspor”la qarşılaşıb. Oyun gözlənilmədən meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnib. Qarşılaşmada meydan sahiblərinin qollarından birinə "Qəbələ"nin sabiq hücumçusu Ermin Zets imza atıb.
Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” isə liderlər qrupunda qərarlaşmış “Fənərbaxça”nı qəbul edib. Dənizin start heyətində meydana çıxdığı və 77-ci dəqiqədə əvəzləndiyi oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
Ancaq "Beşiktaş"ın xal itkisindən onun izləyicilərindən "Fənər"lə yanaşı, "Başakşəhər" və "Qalatasaray" da faydalana bilməyib. "Başakşəhər" "Kasımpaşa"ya səfərdə 0:4 hesabıyla uduzub. "Qalatasaray" isə evdə gözlənilmədən bu turadək sondan ikinci pillədə qərarlaşmış "Kayserispor"a məğlub olub - 1:2.
Türkiyə Super Liqası, 20-ci tur
10 fevral
Karabükspor - Beşiktaş 2:1
Qol: Ermin Zets, 50. Yevgeni Seleznyov, 73 - Vinsent Abubakar, 88.
11 fevral
Alanyaspor - Gənclərbirliyi 3:0
Qol: Junior Fernandes, 7. Vaqner Lav, 45. Əmrə Akbaba, 49.
Osmanlıspor - Trabzonspor 0:1
Qol: Olcay Şahan, 16.
Bursaspor - Fənərbaxça 1:1
Qol: Batalla, 88-pen - Sou, 22.
Qırmızı vərəqə: Yoviç, 43 (Bursaspor).
12 fevral
Akhisar - Rizəspor 1:0
Qol: Mustafa Yumlu, 6.
Kasımpaşa - Başakşəhər 4:0
Qol: Titi, 10. Adem Büyük, 13. Samuel Eduok, 82. Andre Kastro, 88.
Konyaspor - Antalyaspor 1:1
Qol: Riad Bajiç, 59 - Mustafa El Kabir, 44.
Qırmızı vərəqə: Çiko, 63. Fernando Çarles, 67 (hər ikisi "Antalyaspor").
Qalatasaray - Kayserispor 1:2
Qol: Ərən Dərdiyok, 89 - Larris Mabiala, 29. Levent Gülen, 45+4.
13 fevral
21:00 Qaziantepspor - Adanaspor