Meksikada Tramp əleyhinə irimiqyaslı etiraz aksiyaları keçirilib

Meksikada Tramp əleyhinə irimiqyaslı etiraz aksiyaları keçirilib
04:42 13 Fevral 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Meksikanın bir sıra şəhərlərində on minlərlə insan küçələrə çıxaraq ABŞ prezidenti Donald Trampın siyasətini pisləyib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, ən böyük etiraz aksiyaları Mexikoda və ölkənin ikinci böyük şəhəri Qvadalaxarada təşkil olunub.
Bu şəhərlərdəki aksiyalarda müvafiq olaraq təxminən 20 min və 10 min nəfər iştirak edib. Nümayişlər gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçib və hər hansı xoşagəlməz hadisə haqqında məlumat daxil olmayıb.
Aksiyaçılar Mexikonun mərkəzi Paseo-de-la-Reforma prospektində "Yaşasın Meksika, rədd olsun Tramp!" şüarlarını səsləndiriblər. Paytaxtda nümayişi Meksikanın Milli muxtar universitetinin rektoru Enrike Qraue qəbul edib.
"El Universal" qəzeti yazıb ki, bu, Latın Amerikası ölkəsinin iri ali təhsil ocağı rəhbərinin 49 ildə ilk etiraz aksiyasında ilk iştirakıdır. Qraue hesab edir ki, gələcəyə baxmaq zamanı gəlib.
Qeyd edək ki, Meksika ABŞ-da keçrilmiş prezident seçkilərində Trampın qələbəsindən sonra Birləşmiş Ştatlarla münasibətlərdə ciddi qeyri-müəyyənliklə qarşılaşıb. Belə ki, Tramp Meksika, Kanada və ABŞ daxil olduqları Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) haqqında razılaşmanı təkrar gözdən keçirmək, miqrasiya qanunvericiliyini sərtləşdirmək, həmçinin Latın Amerikası ölkəsiylə sərhəddə divar tikmək niyyətindədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-tramp-eleyhine-irimiqyasli-etiraz-aksiyalari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR