Türkiyədə yol qəzası baş verib: ölən və yaralananlar var

Türkiyədə yol qəzası baş verib: ölən və yaralananlar var
05:52 13 Fevral 2017
183 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.
Məlumata görə, hadisə Antalyada qeydə alınıb. Belə ki, bank işçilərini daşıyan avtobus Doyran məhəlləsi yaxınlığında uçuruma yuvarlanıb. 
Hadisə nəticəsində 2 nəfər qəza yerindəcə dünyasını dəyişib. Daha 9 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbləri ilə bağlı məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-yol-qezasi-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR