Rəy sorğularına görə Trampa dəstək azalır

Rəy sorğularına görə Trampa dəstək azalır
05:59 13 Fevral 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalıların 55 faizi Trampın fəaliyyətindən narazıdır.

 

APA-nın məlumatına görə, bunu "Gallup" İctimai Araşdirma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərib.

 

Rəy sorğusunda iştirak edənlərin 40%-i yeni prezidentin fəaliyyətini dəstəkləyib, 55%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.

 

Qeyd olunur ki, sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. "Gallup" İnstitutunun gündəlik sorğularında 1 500 ABŞ vətəndaşı iştirak edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR