Kaliforniyada torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan edilib

Kaliforniyada torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan edilib
06:57 13 Fevral 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ-ın yerli hakimiyyət orqanları Kaliforniyada, Orovil gölündə torpaq bəndlərin uçması səbəbindən təcili təxliyə elan ediblər.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, bəndin suaşıranının dağılması 1 saat ərzində baş verə bilər. Buna görə də aşağı bəndlərin yerləşdirildiyi rayonların sakinləri təcili təxliyə edilməlidir.
Güclü yağışlarla əlaqədar Orovill gölünün bəndlə kəsilmiş suyu ehtiyat suaşıran vasitəsilə axmağa başlayıb. Bir həftə əvvəl keçirilmiş yoxlama təxminən 60-9 metr ölçüsünə bəndin və çuxurun əsas suaşıranının eroziyasını aşkar edib. 
Eroziyanın böyüməkdə davam etdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyada-torpaq-bendlerin-ucmasi-sebebinden-tecili-texliye-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR