Kuleş

Kuleş
07:05 13 Fevral 2017
411 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az küftəli buğda şorbası kuleşin hazırlanma qaydasını təqdim edir

Günün təamı - xvorost - FOTO

Tərkibi: 

300 q qiymə (mal əti, yaxud  toyuq)

1 dolu x.q. suxarı

4-5 kartof

3 x.q. buğda

1 yerkökü

1 baş soğan

duz

istiot (üyüdülmüş və dənəvər)

dəfnə yarpağı

Həcmi 2 l olan qazanda su qaynadın. Qaynayan suya təmizlənib iri kubik doğranmış kartof salıb duz vurun. Kartof bişən müddətdə küftələri hazırlayın. 

Qiyməyə suxarı, duz, qara üyüdülmüş istiot vurub qoz boyda küftələr tutun. 

Soğanı xırda doğrayın, yerkökünü sürtgəcin orta gözündən keçirin. İkisini də birlikdə bitki yağında qovurun.

Kartof qaynayan qazana küftələri, yuyulmuş buğdanı, qızardılmış soğanla yerkökünü, dəfnə yarpağını və dənəvər istiotu əlavə edin.

Qaynara düşəndən sonra ocağı azaldıb buğda yumşalınca, təxminən 10-15 dəqiqə bişirin.

Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/516476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR