İlk "uçan avtomobil" nümayiş etdirilib - VİDEO

İlk "uçan avtomobil" nümayiş etdirilib - VİDEO
07:18 13 Fevral 2017
297 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərində ilk uçan avtomobil nümayiş olunub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt Dubayın Yol və Nəqliyyat İdarəsi "World Government Summit" forumunda qeyri-adi nəqliyyat vasitəsini tədbir iştirakçılarına nümayış etdirilib.

Çinin "Ehang" şirkəti tərəfinddən yaradılmış uçan maşın innovasiyalı və ekoloji nəqliyyat vasitəsidir. O, sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitəsi yol tıxaclarını aradan qaldıracaq.

Bu avtomobillərdə sürücülər olmayacaq. Çünki ona həvəskarlar xüsusi eniş və yüksəliş düymələri ilə idarə edə biləcəklər. Maşınların hərəkətinə nəzarət ümumi komanda mərkəzi ilə həyata keçiriləcək və pis hava şəraitində uçuşlar qadağan olunacaq.

Dubayda yeni uçuş aparatlarının istismara buraxılması müddəti barədə hələlik məlumat verilmir. Yeni avtomobillərin yaradıcıları onun tam təhlükəsiz olduğunu bildirirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/187536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR