BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
08:13 13 Fevral 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

Publika.az xəbər verir ki, iclasın bu gün keçirilə biləcəyi bildirilir.

KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib. Bu gün isə rəsmi Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR