Son İngiltərə çempionu ardıcıl 5-ci oyunda uduzdu

Son İngiltərə çempionu ardıcıl 5-ci oyunda uduzdu
08:22 13 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

2015-2016-ci il İngiltərə Premyer Liqasının sensasion qalibi olan Lester City futbol klubu İngiltərə çempionatında keçirdiyi son 5 oyunda meydanı məğlubiyyətlə tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bazar günü keçirilən qarşılaşmada Suonsi klubuna 0:2 hesab ilə məğlub olan Klaudio Ranyerinin yetirmələri, artıq beş oyundur ki çempionatda xal qazana bilmir.

Son məğlubiyyətdən sonra "tülkülər" 21 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Lester komandası ötən mövsümdə 81 xal toplayaraq, tarixində ilk dəfə İngiltərə çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR