Cəlilabadda yol qəzası baş verib: 5 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzası baş verib: 5 nəfər xəsarət alıb
08:22 13 Fevral 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 13 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün, axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılaraq əzilib.
Hadisə nəticəsində sürücü və avtomobildə olan daha 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR