Futbol azarkeşləri arasında toqquşmalar: ölən və yaralananlar var

Futbol azarkeşləri arasında toqquşmalar: ölən və yaralananlar var
08:37 13 Fevral 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Rio-de-Janeyro şəhərində Braziliya çempionatı çərçivəsində  bu gecə keçirilmiş "Botafoqo" - "Flamenqo" matçı öncəsi futbol azarkeşləri arasında qanlı toqquşmalar baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.

Buna baxmayaraq fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ölüb. Azı 7 nəfərin xəsarət aldığı bildirilir.
 
Fevralın 13-ə keçən gecə keçirilən "Botafoqo" - "Flamenqo" matçı 1:2 hesabı ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR