Avtomobil divara çırpıldı: 5 yaralı

Avtomobil divara çırpıldı: 5 yaralı
09:04 13 Fevral 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, fevralın 12-də axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı divar maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR