"İnter" AZAL səfərində, "Neftçi" "Sumqayıt"ı qəbul edir

"İnter" AZAL səfərində, "Neftçi" "Sumqayıt"ı qəbul edir
09:22 13 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə sonuncu iki qarşılaşma oynanılacaq.

Günün ilk matçında bakılıların duelində "İnter" AZAL-ın qonağı olacaq. Beynəlxalq Bankın sponsorluqdan imtinasından sonra özünə bənzəməyən "İnter" üçün belə bir ərəfədə AZAL-la qarşılaşmaq göydəndüşmə olar. Autsayder üzərindəki qələbə Zaur Svanadzenin yetirmələrini xeyli rahatlada və futbolçularda özünəinamı gerə qaytara bilər. Üstəlik, komandalar arasındakı duellərdə sabiq "bankirlər"in aşkar üstünlüyü var. "İnter" son 3 matçda qalib gəlibsə, AZAL-ın bu rəqiblə son 13 oyununda qələbəsi yoxdu. Autsayder olmasına baxmayaraq, "təyyarəçilər"in qış fasiləsindən sonra həm "Zirə", həm "Qarabağ", həm də "Qəbələ"yə çətin anlar yaşatdığını da unutmaq olmaz.
 
Turun, bəlkə də, ən maraqlı qarşılaşması Sumqayıtda baş tutacaq. İkinci yarını yüksək səviyyədə keçirən iki komandanın dueli prinsipial xarakter daşıyır. "İnter" və "Qəbələ"ni büdrədən, "Kəpəz" üzərində inamlı qələbə qazanan "Sumqayıt" 4-cü pilləni əldən vermək fikrində olmadığını göstərir. Heyətində köklü dəyişikliklər edərək yüksək səviyyəli oyunu ilə yenidən azarkeşlərin rəğbətini qazanan "Neftçi" isə məhz "Sumqayıt"ın yerinə göz dikib. Avrokuboklara vəsiqə verən 4-cülük barədə düşünən bakılıları Sumqayıt səfərində qələbədən başqa heç bir nəticə qane etməyəcək. Elxan Abdullayevin kollektivi bununla ilk iki dövrədəki məğlubiyyətin də əvəzini çıxmağa çalışacaq. İstənilən halda iki sürətli komandanın mübarizəsi azarkeşləri maraqlı görüşün gözlədiyinə zəmanət verir.
 
Azərbaycan Premyer Liqası
XVIII tur
13 fevral
 
15:00. AZAL - "İnter"
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
"AZAL Arena"
İlk iki dövrədəki oyunları - 1:3, 0:3
 
 
17:30. "Neftçi" - "Sumqayıt"
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci km stadionu
İlk iki dövrədəki oyunları - 1:2, 2:0

Turnir cədvəli

1.

Qarabağ

18

13

3

2

32-8

42

2.

Qəbələ

18

11

6

1

36-10

39

3.

İnter

17

7

8

2

28-18

29

4.

Sumqayıt

17

5

7

5

19-22

22

5.

Zirə

18

6

4

8

16-20

22

6.

Kəpəz

18

3

6

9

12-22

15

7.

Neftçi

17

4

1

12

13-33

13

8.

AZAL

17

1

5

11

8-31

8

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 10 qol.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR