AĞIR YOL QƏZASI: yaralılar var

AĞIR YOL QƏZASI: yaralılar var
09:27 13 Fevral 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün, axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı divar maneəyə çırpılaraq əzilib. 
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR