Çin şirkəti Azərbaycan layihəsindən 100 mln. dollar qazanıb

Çin şirkəti Azərbaycan layihəsindən 100 mln. dollar qazanıb
09:42 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Asiyanın logistika operatoru olan “e-Shang Redwood” şirkəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Yaponiyadakı mal deposunun inşası layihəsindən əldə etdiyi gəlirləri 100 mln. ABŞ dollarına çatdırıb. "Report" xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Məlumata görə, bir ay öncə Çinin “GF International Investment Management Ltd.”, “Huarong International”, “China Everbright Ltd.” və “CMBC International” şirkətləri “e-Shang Redwood”a 300 mln. ABŞ dolları həcmində investisiya yatırıb.
Şirkət həmçinin “National Australia Bank”dan “Cambridge Industrial Trust”ın və investisiya şirkəti olan “Oxley Group”un səhmlərinin 80%-ni alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cin-sirketi-azerbaycanin-layihesinden-100-mln-dollar-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR