Hamilə olan Beyionsdan İNANILMAZ SƏHNƏ ŞOUSU - FOTO /VİDEO

Hamilə olan Beyionsdan İNANILMAZ SƏHNƏ ŞOUSU - FOTO /VİDEO
09:48 13 Fevral 2017
366 Şou
Ölkə mətbuatı
A- A+

Əkiz anası olmağa hazırlaşan Beyons “Qremmi 2017” mükafatlarının təqdim olunma mərasimində iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda hər kəsə əkiz anası olacağını elan edən 35 yaşlı ifaçı mükafat mərasimində yalnız tamaşaçı kimi deyil, həm də milyonlarla auditoriya qarşısında çıxış edib.

Dünən gecə pop diva səhnədə son albomundan olan “Limonade”, “Love Drought” mahnılarını ifa edib. Səhnəyə isə Beyons Hind ilahəsi şəklində çıxıb. Tamaşaçılar isə ana olmağa hazırlaşan ifaçını ayaq üstə gurultulu alqışlarla qarşılayıb. Bundan başqa, müğənninin stul üzərində akrobatik hərəkətlər etməsi diqqətdən qaçmayıb.

Yeri gəlmişkən müğənnini dəstəkləməyə ailə üzvləri də gəlib. Beyonsun əri Ceyzi isə tamaşaçıların həyat yoldaşına olan məhəbbəti qarşısında göz yaşlarını saxlaya bilməyib.

Aytən










Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR