70 PKK-çı tutuldu - İstanbulda XÜSUSİ ƏMƏLİYYAT

70 PKK-çı tutuldu - İstanbulda XÜSUSİ ƏMƏLİYYAT
10:08 13 Fevral 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlı qüvvələri İstanbulda PKK terror təşkilatının gizli üzvlərinə qarşı əməliyyat keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 104 ünvanda keçirilən xüsusi əməliyyat zamanı 70 nəfər şübhəli saxlanılıb. Saxlanılan şəxslərin evlərində axtarış zamanı çoxlu sayda silah-sursat da aşkar edilib.

Əldə olunan kəşfiyyat məlumatlarına görə, sözügedən şübhəli şəxslər yaxın zamanlarda Türkiyədə terror aktları, silahlı hücumlar planlaşdırıbmış.

Türkiyə polisi digər 34 nəfər PKK şübhəlisinin də tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR