Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkilərində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb

Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkilərində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb
10:12 13 Fevral 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkilərində saxtakarlıq edilməsi ilə bağlı çoxsaylı faktlara malikdir.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın siyasi məsələlər üzrə baş məsləhətçisi Stiven Miller ABC telekanalına verdiyi müsahibəsində bildirib.
"Ağ Ev seçkilərdə saxtakarlığa dair çoxsaylı faktlar üzə çıxarıb. Söhbət birdən çox ştatda yaşayan insanların səs verməsindən gedir. Eyni zamanda, artıq ölənlərin və ümumiyyətlə, ABŞ vətəndaşı sayılmayan şəxslərin də seçkilərdə səs verdiyi faktını ortaya çıxarmışıq", - deyə S.Miller vurğulayıb.
S.Miller yaranmış vəziyyəti qalmaqal adlandırıb və bildirib ki, ABŞ seçkilərdə buna haqqı olmayanların səs verməsinə görə dəhşət içində olmalıdır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2016-cı il noyabrın 8-də keçirilib, seçkilərdə respublikaçı Donald Tramp qələbə qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ag-ev-abs-da-kecirilmis-prezident-seckilerinde-saxtakarliq-barede-subutlarin-oldugunu-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR