Bu dövlət qurumları avtomobillərini satışa çıxarır - SİYAHI

Bu dövlət qurumları avtomobillərini satışa çıxarır - SİYAHI
10:12 13 Fevral 2017
265 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi bir sıra dövlət qurumlarının nəqliyyat vasitələrinin hərracını təşkil edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, martın 14-də keçirilməsi planlaşdırılan hərraca Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı "FİAT Doblo" (buraxılış ili - 2008), Ədliyyə Nazirliyi Pentensiar Xidməti VAZ-2121 (1984), VAZ-2107 (1995), QAZ-330720 (2007), QAZ-3309-1372-09-229 (2007), QAZ-330700-1012 (2007), Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamenti "Honda Civic" (2008), Təhsil Nazirliyi Respublika Texniki Yaradıcılıq Mərkəzi QAZ-31105-120 (2006) markalı avtomobilləri çıxarılacaq.

"FİAT Doblo"nun start qiyməti 3500 manat, VAZ-2121-in 1000 manat, VAZ-2107-nin 1000 manat, QAZ-330720-nin 3000 manat, QAZ-3309-1372-09-229-un 4000 manat, QAZ-330700-1012-nin 4500 manat, "Honda Civic"in 4600 manat, QAZ-31105-120-in 1600 manat təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR