Azərbaycanda inflyasiyanın səviyyəsi AÇIQLANDI

Azərbaycanda inflyasiyanın səviyyəsi AÇIQLANDI
10:37 13 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin yanvar ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8.0 faiz artıb.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz artıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, alma, armud, heyva, nar, portağal, naringi, bananın, kələm, göyərti, pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və çuğundurun qiymətlərində artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, kompüterlər, dəftərxana ləvazimatları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində azalma, digər ölkələrə hava nəqliyyatı xidmətlərinin, məişət cihazlarının və avtomobillərin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində artım müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR