Kommunal ödənişlərin qiyməti qaldırıldı - VİDEO

Kommunal ödənişlərin qiyməti qaldırıldı - VİDEO
10:38 13 Fevral 2017
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir sıra yeni tikilən binalarda Mənzil-Tikinti Kooperativləri kommunal ödənişləri qaldırıb. Hətta elə şirkətlər var ki, ödənişi iki dəfəyə qədər artırıb.

Əvvəl 23 qəpik alınan kommunal xidmət haqqı artıq 40 qəpikdən tələb olunmağa başlanıb. Bu isə vətəndaşların narazılığına səbəb olub.

Sakinlər bildirir ki, MTK onlara qiymət artımının səbəbini də izah etmir. Etirazçıların dediyinə görə, kommunal ödəniş MTK-lara lift, zibil və binanın ümumi təmizliyi üçün edilir. Əgər artım varsa, bunu əsaslandırmaq lazımdır. Üstəlik, ödənişə görə onlara təqdim edilən çeklər də rəsmi sənəd kimi hazırlanmayıb və pul tələb edən adamların heç birinin rəsmi sənədi yoxdur.

(xezerxeber)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/187561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR