"Tolişi Sado" qəzetinin jurnalisti Ermənistana sığındı

"Tolişi Sado" qəzetinin jurnalisti Ermənistana sığındı
10:42 13 Fevral 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyəti Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda "müvəqqəti sığınacaq" müraciətini qəbul edib.

Milli.Az bbc-yə istinadən xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bəyanat yayıb. Bəyanatda deyilir ki, "Tolişi Sado" qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatının" üzvü müraciətində "Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub".

Həmçinin bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib.

Bu bəyantla bağlı Azərbaycan Xarici İşlər Naziriliyindən şərh almaq mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/516911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR