Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb, gənc oğlan bıçaqlanıb

Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb, gənc oğlan bıçaqlanıb
11:02 13 Fevral 2017
256 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakixanov-ticaret-merkezinde-kutlevi-dava-dusub-genc-oglan-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR