“Azəriqaz” 7 yaşayış məntəqəsinə qaz verib

“Azəriqaz” 7 yaşayış məntəqəsinə qaz verib
11:07 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün yanvar ayı ərzində 747,2 km yeni qaz kəməri quraşdırıb.
“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 10,2 km qaz kəməri əsaslı təmir olunub.
Bildirilib ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində 7 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-7-yasayis-menteqesine-tebii-qaz-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR