Cənub bölgəsinə güclü qar yağıb - FOTO

Cənub bölgəsinə güclü qar yağıb - FOTO
11:14 13 Fevral 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın cənub bölgəsinə güclü qar yağıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda bölgənin bütün rayonlarında qarlı hava şəraiti hökm sürür. Ən çox qar Lerik və Yardımlı rayonlarına düşüb. Hazırda rayon mərkəzlərində qarın hündürlüyü 30-35, ucqarlarda 45-50 sm-ə çatır.
 
Bu rayonlarda qarlı hava şəraiti həm də şaxta ilə müşayiət olunur. Temperatur -6 dərəcə təşkil edir. 
 
Hazırda Lənkəran-Lerik və Masallı-Yardımlı yolları nəqliyyatın hərəkəti üçün açıqdır. Amma bu yollarda ancaq qış hazırlığı olan avtomobillər hərəkət edir. Rayon yol idarələri gücləndirilmiş iş rejiminə keçdiklərini elan etsələr də, sürücülərə bu yollardan mümkün qədər az istifadə etməyi tövsiyə ediblər.
 
Lerikin ucqar dağ kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.
 
Qeyd edək ki, hazırda Lənkəran, Masallı, Astara rayonlarının mərkəzində qarın qalınlığı 10-15, dağətəyi və dağlıq ərazilərdə 30-35 sm-dir.
 
Hazırda qar intensivliklə yağmaqda davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR