1,3 mlrd. manatlıq yeyib-içmişik

1,3 mlrd. manatlıq yeyib-içmişik
11:22 13 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 1,3% üstələyərək 2,6 mlrd. manata bərabər olub.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, istehlakçılara 1,3 mlrd. manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7% çox qeyri-ərzaq məhsulları satılıb. 
 
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Bu ilin yanvar ayında istehlak məhsullarının 12%-i hüquqi şəxs statuslu müəssisələr, 54,1%-i fərdi sahibkarlar tərəfindən, 33,9%-i isə bazar və yarmarkalarda satılıb.
 
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR