Orxan Mansurzadəyə yeni vəzifə verildi

Orxan Mansurzadəyə yeni vəzifə verildi
11:29 13 Fevral 2017
286 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

 

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov  bu barədə əmr imzalayıb.

 

Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR