Küsülü müğənnilər barışdılar

Küsülü müğənnilər barışdılar
11:32 13 Fevral 2017
177 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Demet Akalınla uzun zamandır aralarında qalmaqal yaşanan həmkarı Aleyna Tilki barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı ilə birgə İstanbuldakı məkanların birində səhər yeməyi yeyən Akalın çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Aleynanın müsahibəsi zamanı onun haqqında dediyi "Demet Akalın mənim idealımdır, onu çox sevirəm" ifadəsinə o, belə qarşılıq verib:

"Afərin Aleynaya. Küsülü qalmaq yaxşı bir şey deyil. Belə deməyi xoşuma gəldi. Mən də onu çox sevirəm".

Qeyd edək ki, bir müddət öncə iki müğənni arasında qalmaqal yaşanmışdı. Demet Aleyna barəsində "Bu qızın ifasına dözə bilmirəm" demiş, o da "Öz işığına güvənən başqasının parlamasından narahat olar" deyə cavab vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR