Qurğuların mühafizəsi üçün yeni texnologiya istifadəyə verilib

Qurğuların mühafizəsi üçün yeni texnologiya istifadəyə verilib
11:35 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Cisco” şirkəti “bulud” servislərinin hansı qurğudan və haradan istifadə olunmasından asılı olmayaraq onların maksimal mühafizəsinin təmininə imkan verən yeni “Umbrella” texnologiyasını istifadəyə verib. Texnologiya sürətli və təhlükəsiz bağlantının və hazırda populyar olan bütün platforma və qurğularla inteqrasiyanın təmin edilməsinə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, hazırda böyük təşkilatlar “bulud” xidməti qismində daha çox öz proqram təminatlarından istifadəyə başlayıblar. Bura, məsələn, “Google Docs” həlli ilə “Google” şirkəti və ya “Office 365” məhsulu ilə “Microsoft” korporasiyası, eləcə də “Box”, “WebEx” servisləri və s. daxildir. Onların hamısı məhsuldarlığı artırsalar da, etibarsız şəbəkə qoşulması təklif edirlər (VPN şəbəkəsindən istifadə istisna olmaqla). Lakin “Cisco” şirkəti bu problemi dünyanın istənilən nöqtəsindən “bulud” xidmətindən təhlükəsiz istifadə etməyə imkan verən “Umbrella” texnologiyası vasitəsilə həll etməyi təklif edir.

Xatırladaq ki, “Cisco” texnologiya üzərində işə iki il əvvəl “OpenDNS” şirkətini satın aldıqdan sonra başlayıb. Texnologiyanın tərkibinə kompüter təlimi elementləri, texnoloji baxımdan orijinallıq, eləcə də zərərli bağlantıya vaxtında reaksiya vermək üçün müxtəlif alətlər daxildir. Bundan başqa, “bulud” saxlancında zərərli faylların bloklanması funksiyasından və “Advanced Malware Protection” texnologiyasından istifadə mümkündür.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46020-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR