"Molla dedi ki, ona rəhmət düşmür" - Qızı intihar edən ana...

"Molla dedi ki, ona rəhmət düşmür" - Qızı intihar edən ana...
11:37 13 Fevral 2017
470 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanımadan, bilmədən, günahdan qorxmadan övladımın arxasınca danışanlar az deyil. Bir qız intihar edən kimi o dəqiqə başlayırlar onun haqqında mənfi düşünməyə.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri bir müddət əvvəl intihar edən Tovuzun Düz Qırıqlı kənd sakini, 16 yaşlı Aliyə Qəmbərovanın anası millət vəkili Qənirə Paşayeva ilə görüşündə deyib. Övladlarını uşaq yaşlarından tək böyüdən qadın bildirib ki, ölümündən sonra qızı haqda yayılan şayiələr onları çox kədərləndirib:

"Bircə onu istəyirəm ki, qızımın təmiz olmasını hamı bilsin. Övladım rahat yatsın. Uşağın cəsədini yumağa düşürdüm, "Allah rəhmət etsin" deyirdilər. Birdən qonşu kəndlərin birindən gəlmiş molla da qayıdıb dedi ki, ona rəhmət düşmür. Molla belə danışarmı? Onun o sözləri acımı daha da artırdı".

Xatırladaq ki, Qəmbərova Aliyə Habil qızı fevralın 5-də yaşadığı evdə özünü asıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR