Rumınlar sakitləşmək istəmirlər: "İstefa!" - FOTO

Rumınlar sakitləşmək istəmirlər: "İstefa!" - FOTO
11:37 13 Fevral 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Rumıniyanın paytaxtı Buxarestdə ölkə tarixinin ən böyük etiraz aksiyalarından biri səngimək bilmir. Dünən Buxarestlə yanaşı, ölkənin müxtəlif şəhərlərində on minlərlə insan küçələrə çıxaraq hakimiyyətə etiraz ediblər.

Milli.Az European-a istinadən bildirir ki, Buxarestdə dövlət qurumlarının binalarının qarşısına toplanmış insanlar hökumətin tam heyətlə istefasını tələb ediblər. Onlar "Sizi qorumaq yox, işləmək istəyirik!" deyiblər.

Etirazlara səbəb ölkənin Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi ilə bağlıdır. Həmin dəyişikliklər parlamentdə təsdiqlənərsə, rüşvətxorluq və korrupsiyada suçlanaraq həbs edilmiş minlərlə məmur azadlığa çıxacaq.

Etiraz aksiyalarından sonra hökumət dəyişiklikləri ləğv edib.

Fəqət, aksiyalar səngimək bilmir. Aksiya iştirakçıları baş nazir Sorin Qrindyanunun istefasını tələb edirlər.

Ədliyyə naziri Florin Yordaçe artıq istefa ərizəsi yazıb.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR