Bakıxanov Ticarət Mərkəzində KÜTLƏVİ DAVA: gənci bıçaqladılar

Bakıxanov Ticarət Mərkəzində KÜTLƏVİ DAVA: gənci bıçaqladılar
11:37 13 Fevral 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib.

M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR