Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”

Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”
11:42 13 Fevral 2017
383 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”.
“Report”un məlumatına görə bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov bildrib.
Onun sözlərinə görə, ötən ilin aprel hadisələri bütün bunlara sübutdur.
A.Rəhimov qeyd edib ki, Xidmətin yarandığı 5 il ərzində onun beynəlxalq əlaqələrini qənaətbəxş hesab etmək olar: “2017-ci ildə səfərbərlik işinin və hərbi xidmətə çağırışın təşkili, yeni nəsil gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, Xidmətin fəaliyyətində operativliyin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi nizam-intizamın möhkəmləndirilməsi, Xidmətin dinamik inkişaf səviyyəsinin artırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması, normativ-hüquqi bazanın möhkəmləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması kimi işlər qarşımızda duran əsas vəzifələrdəndir.
Xidmətin şəxsi heyəti ötən 5 ildə olduğu kimi, bundan sonra da dövlətin, xalqın və cənab Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün böyük səy və fədakarlıqla çalışacaqdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/arzu-rehimov-ordumuzda-ruh-ve-vetenperverlik-hisleri-olduqca-yuksekdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR