Qazaxıstanın keçmiş iqtisadiyyat naziri böyük məbləğdə vəsaiti qəsb etməkdə şübhəli bilinir

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri böyük məbləğdə vəsaiti qəsb etməkdə şübhəli bilinir
11:42 13 Fevral 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandık Bişimbayev Qızılordada şüşə istehsalı üzrə zavodun tikintisi zamanı 3 milyon ABŞ dolları məbləğində vəsaiti qəsb etməkdə şübhəli bilinir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstanın Korrupsiyaya qarşı mübarizə üzrə Milli Bürosunda K.Bişimbayevin "Bayterek" şirkətinin rəhbəri olan zaman vəsaitlərin əl keçirilməsi üzrə sxem təşkil etdiyi bildirilib.
Qeyd edək ki, sabiq iqtisadiyyat naziri bu ilin yanvar ayında külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistanin-kecmis-iqtisadiyyat-naziri-boyuk-meblegde-vesaiti-qesb-etmekde-subheli-bilinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR