Bakının iki rayonu qazsız qaldı

Bakının iki rayonu qazsız qaldı
11:42 13 Fevral 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz ölçü qovşaqlarında aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 13-də, saat 09:30-dan 17:00-dək Sabunçu və Xəzər  rayonlarının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR