Almaniya yığması Bakıya nə vaxt gələcək?

Almaniya yığması Bakıya nə vaxt gələcək?
11:47 13 Fevral 2017
165 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya yığmasının Bakıya səfər proqramı açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb.


Azərbaycan və Almaniya milliləri "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində baş tutacaq oyunu martın 26-da keçirəcək. Bundestim matçdan iki gün əvvəl - martın 24-ü Bakı vaxtı ilə saat 17.35-də Düsseldorfdan çarter reysi ilə paytaxtımıza yola düşəcək. Millimizin rəqibi Bakıda "Boulevard Hotel"də məskunlaşacaq.


Almanlar martın 25-də matçın keçriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 20.00-da başlayacaq. Oyun başa çatdıqdan dərhal sonra isə rəqib Heydər Əliyev adına beynəlxalq hava limanından Frankfurta uçacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almaniya-ymas-bakya-n-vaxt-glck-t56238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR