Dibala seçimini etdi

Dibala seçimini etdi
11:57 13 Fevral 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un hücumçusu Paulo Dibala gələcək karyerası ilə bağlı qərarını verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı forvard Turin klubunda qalmağı üstün tutub.

Bu barədə açıqlama verən "qoca sinyora"nın baş direktoru Cüzeppe Marotta tezliklə ulduz futbolçu ilə yeni müqavilə imzalayacaqlarını bildirib: "Dibalanın meneceri hazırda Argentinadadı. O, ayın sonunda bura gələcək və biz yeni müqaviləyə qol çəkəcəyik. Bu baxımdan heç bir problem yoxdu".
 
Qeyd edək ki, Paulo Dibala "Real" və "Barselona"nın maraq dairəsindədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR